Dindarların şərhlərinə cavab-insan donuzdan yaranmayıb

Oktyabr 17, 2011 at 19:47 (Təkamül nəzəriyyəsi-elmi faktlar) (, , , )

Bir il ərzində əsgərlikdə olduğum üçün bloqumda yazılar paylaşa bilmədim və həddən çox olan şərhlərin hamısını oxuyub bloqda yayımlaya bilmədim. Ədalətsizlik olmasın deyə hamısını sildim. Amma e-maildən bəzi şərhləri oxudum. Ümumiyyətlə əsasən təkamüllə bağlı fikirlərə-elm onu artıq inkar edib, bircə sizin kimi bəzi ağılsızlar inanır-rast gəldim. Maraqlıdır ki, bunu deyən hansı elmi, hansı alimi nəzərdə tuturdu? Nə vaxt baş verdi bu görəsən? Əgər bu belə idisə, daha bu qədər araşdırmalar, bu qədər tapıntılar, canlılar arasındakı bağlantıları öyrənmək nə məna verir. Bu elm deyəndə nə nəzərdə tutulur bilmədim.

Hələ maraqlı bir fikir də deyiblər: “İnsana genetik baxımdan ən yaxın canlı donuzdur, onda biz donuzdan yaranmışıq?” Hələ bundan sonra gülür də. Guya bu çox məntiqli bir söhbət atdı ortaya. Bunların təkamüldən bildikləri bu qədərdir, məlumat qıtlığı da deyil ki, baxıb öyrənsinlər. Mən də baxıb öyrənirəm, mən alim deyiləm və ya buna hər kəsin də imkanı çatmaz gedib genetikanı öyrənsin, insanın gen xəritəsin yaratsın. Bunun üçün axtarıb tapmaq kifayət edər.

“Convergent evolution” deyilən bir şey var. Məsələn, yarasalar və quşlar eyni sinifə daxil olmasalar da, hər ikisində qanad var. Yəni bir-biri ilə əlaqəsi olmayan iki növdə oxşar zülal strukturu inkişaf edə bilər. İnsanın digər canlılarla genetik bənzərliyinə baxın:

Neandertal insan-98-99%

Şimpanze-88-96%

Bonobo-88-96%

İt-86-90%

İnək-75-87%

Ev siçanı-70-85%

Toyuq-57-68%

Zebr-74-78%

Plasmodium-1-5% və s.

Yəni insanla bənzərlik digər canlılarda getdikcə azalır. Bu da o demək deyildir ki, insan plasmodiumdan ayılaraq təkamül edib. İnsana qədər olan qol ondan ayrılıb, təkamül edib. İnsana qədər isə milyonlarla canlı o qoldan ayrılıb və təkamül edib. Yəni biz donuzdan yaranmamışıq.

Növbəti paylaşımlarda yenə bəzi şərhlərə cavab verəcəm, həmçinin Quranda insanın ana bətnində yaranışının hansı mənbələrdən əldə edildiyini və nə üçün elmlə ziddiyyət təşkil etdiyi haqqında olacaq. Bloqu izləməyə davam edin…

1 şərh

  1. aRTI dedi,

    Bu dindoşlar deyəsən məktəbdə heç kitab oxumayıblar, mən hələ insan anatomiyası, biologiya filan demirəm, açın təbiətşünaslığı oxuyun heç olmasa. Qoyun sürüsüdür hamısı. Bir iki debil liderləri basıb bağlıyır ki, Darvinin təkamül nəzəriyyəsi nəbilim, artıq məhv olub, inkar edilib zırt-pırt. Bunlar da onların zadına özlərinə əl qatırlar. Sürü anlamır ki, bütün tibb, bütün elm, bütün arxalarına girən iynələr o təkamül nəzəriyyəsinin nəaliyyətlərinə görədir.

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.